“Mançester Yunayted”in futbolçusu 1 aylıq sıradan çıxıb
“Mançester Yunayted”in yarımmüdafiəçisi Meyson Maunt baldır əzələsini zədələyib.
Komanda.az “Manchester Evening News”-a istinadən xəbər verir ki, ingilis futbolçu həkim müayinəsindən keçib və onun zədəsini sağaltmasının bir ay çəkəcəyi dəqiqləşib.
Bundan əvvəl, avqust ayında 24 yaşlı oyunçu bud nahiyəsindən zədələnmiş və bu səbəbdən 37 gün meydana çıxa bilməmişdi.
Maunt yayda “Çelsi”dən “qırmızı şeytanlar”a keçib. Bu müddət ərzində o, bütün turnirlərdə 12 matçda iştirak edib və 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin