De Yonqdan əl çəkmirlər
“Mançester Yunayted” “Barselona”nın futbolçusu Frenki de Yonqu transfer etməkdə israrlıdır.
Komanda.az “Mirror”-a istinadən xəbər verir ki, “qırmızı şeytanlar” Kataloniya təmsilçisi “Mançester Siti”dən İlkay Gündoğanı transfer edəcəyi halda, niderlandlı futbolçunun keçidini reallaşdırmağa ümid edə bilər.
Premyer Liqa klubu keçən ilin yayından De Yonqu transfer etmək üçün danışıqlar aparsa da, bu, uğursuzluqla nəticələnmişdi.
Niderland millisinin üzvü cari mövsümdə “Barselona”nın heyətində bütün turnirlər daxil olmaqla 34 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin