Baş məşqçi kapitanı təriflədi

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq İngiltərə kubokunun 1/8 finalında “Nottingem Forest”lə oyundan (1:0) sonra yarımmüdafiəçi Bruno Fernandesin çıxışı haqda fikirlərini bölüşüb. 

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı mütəxəssis Fernandesin zədəli olduğu halda meydanda olduğunu bildirib:

“Fernandesin zədəsi var idi, ancaq oyuna uyğunlaşmaq və komandanın nəticə əldə etməsinə kömək etmək üçün əlindən gələni etdi. Onun çox yüksək ağrı həddi var. Bu fakt onun liderlik keyfiyyətlərini dönə-dönə göstərir”.

Portuqaliyalı futbolçu bu mövsüm 35 oyun keçirib, 7 qol vurub və 8 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button