“Mançester Yunayted”in əsas hücumçusu sıradan çıxıb
“Mançester Yunayted” üçün pis xəbər var.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın əsas hücumçusu Rasmus Hoylund “Arsenal”la yoxlama oyununda (1:2) aldığı zədə səbəbindən yeni mövsümün startını buraxacaq.
Danimarkalı forvardın dizlərində problemlər var. Onun sağalma prosesinin təxminən 6 həftə çəkəcəyi gözlənilir. Bundan əvvəl komandaya yeni gələn fransalı müdafiəçi Leni Yoronun zədə səbəbindən iki ay yaşıl meydanlardan kənarda qalacağı bildirilmişdi.
“Mançester Yunayted” İngiltərə Premyer Liqasının ilk turunda doğma meydanda “Fulhem”i qəbul edəcək. Matç avqustun 16-da baş tutacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin