MY nigeriyalının xidmətində maraqlı deyil

İngiltərənin “Mançester Yunayted” klubu komandada icarə əsasında çıxış edən futbolçusu Odion İqalo ilə bağlı qərarını verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “qırmızı şeytanlar” müqavilə ilə Çinin “Şanxay Şenxua” klubuna məxsus olan 31 yaşlı futbolçunun xidmətində maraqlı deyil. Kubun futbolçunu birdəfəlik almaq haqqında düşünmədiyi bildirilir. Mançester təmsilçisi İqalo ilə yeni icarə müqaviləsi imzalamayacaq.

Bu ilin yanvarından “Mançester Yunayted”in şərəfini qoruyan nigeriyalı futbolçunun klubla icarə müqaviləsi növbəti ay başa çatır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button