MY niderlandlı hücumçu üçün danışıqlara başlayıb
“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq “Ayaks”ın hücumçusu Brayan Brobbini komandasında görmək istəyir.
Komanda.az “The Mirror”-a istinadən xəbər verir ki, “qırmızı şeytanlar” bunun üçün artıq Amsterdam klubu ilə danışqlara start verib.
Mançester təmsilçisi niderlandlı hücumçunu hələ 2023-cü ilin yayında transfer etmək istəyirdi. Amma həmin vaxtı keçid reallaşmayıb. Ten Haq şəxsi münasibətindən istifadə edərək gənc hücumçunu “Mançester Yunayted”ə keçməyə razı salacağına ümid edir.
Erik Ten Haq 2020/2021 mövsümündə “Ayaks”da işləyərkən Brobbini əvəzedici heyətdən əsas komandaya dəvət edib. Futbolçu “Ayaks”ın heyətində 25 oyun keçirib, 13 qol vurub və 4 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin