MY onu elə bu qışda transfer edə bilər

“Mançester Yunayted” “Bayer”in (Leverkuzen) futbolçusu Ceremi Frimponqla maraqlanır.

Komanda.az “GiveMeSport”-a istinadən xəbər verir ki, “qırmızı şeytanlar” qış transfer pəncərəsində 22 yaşlı niderlandlının keçidini rəsmiləşdirə bilər. Premyer Liqa təmsilçilərindən “Vest Hem” də futbolçu ilə maraqlanır.

“Bayer” futbolçu ilə yolları ayırmağa hazırdır. Almaniya klubu müdafiəçi üçün ən azı 26 milyon avro tələb edir.

Frimponq 2021-ci ilin yanvarından “Bayer”də çıxış edir. O, bu mövsüm komandanın heyətində 21 oyuna çıxıb, 5 qol vurub və 3 məhsuldar ötürmə edib.

Niderlandlı futbolçu “Mançester Siti”nin yetirməsidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button