MY “Barselona”nın futbolçusundan əl çəkmir

“Mançester Yunayted” hələ də “Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonqla maraqlanır.

Komanda.az “Mail Sport-a istinadən xəbər verir ki, “qırmızı şeytanlar” transfer pəncərəsi bağlanana qədər müqaviləni tamamlamağa çalışacaqlar.

“Mançester Yunayted” daha əvvəl De Yonq üçün 50 milyon avro təzminat təklif etsə də, “Barselona” bu məbləğə futbolçunu satmaqdan imtina etmişdi. Kataloniya klubu daha yaxşı təzminat qarşılığında niderlandlı futbolçu ilə ayrılmağa hazırdır.

27 yaşlı yarımmüdafiəçi əvvəllər “Mançester Yunayted”in baş məşqçisi Erik ten Haqın rəhbərliyi altında “Ayaks”da çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button