MY onunla yeni müqavilə bağlayacaq
“Mançester Yunayted” müdafiəçisi Aaron Van-Bissaka ilə müqavilənin uzadılması ilə bağlı danışıqlara başlayıb.
Komanda.az “The Telegraph”-a istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın baş məşqçisi Erik ten Haq müdafiəçinin performansından tam razıdır. Transfer pəncərəsi bağlandıqdan sonra “Mançester Yunayted”in rəhbərliyi 25 yaşlı futbolçu ilə müqavilənin uzadılması ilə bağlı müzakirələri davam etdirməyə hazırdırlar.
Van-Bissaka 2019-cu ildə “Kristal Pelas”dan “Mançester Yunayted”ə keçib. O, 2022/2023 mövsümündə İngiltərə təmsilçisinin heyətində bütün yarışlarda 30 oyuna çıxıb və bir məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin