MY milyard avroluq müqaviləni itirə bilər – Premyer Liqanı tərk etsə

“Mançester Yunayted” İngiltərə Premyer Liqasını tərk edərsə, idman geyimləri və ayaqqabıları istehsalçısı olan “Adidas”la olan böyük sponsorluq müqaviləsini itirə bilər.

Komanda.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, 900 milyon funt sterlinq (bir milyard avrodan çox) məbləğindəki sponsorluq müqaviləsinin şərtlərinə əsasən, şirkət, “Mançester Yunayted” Premyer Liqadakı yerini itirərsə, müqaviləni ləğv etmək hüququna malikdir. Həmçinin, bildirilir ki, “qırmızı şeytanlar”ın Çempionşipə düşməsi halında “Adidas”ın ikinci mümkün addımı illik ödənişləri yarıya endirmək — 45 milyon funt sterlinqə qədər azaltmaq ola bilər.

MY hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 19 oyundan sonra 22 xal toplayaraq, 14-cü yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button