MY millinin keçmiş qapıçısı ilə anlaşdı
“Mançester Yunayted” milli komandanın sabiq qapıçısı Cek Butlandı heyətinə qatıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” Premyer Liqanın digər təmsilçisi “Kristal Pelas”ın qapıçısını icarəyə götürüb.
29 yaşlı futbolçu bu gün yeni komandasında tibbi müayinədən keçəcək. Daha sonra mövsümün sonuna qədər nəzərdə tutulan müqaviləni imzalayacaq. O, yayda yenidən “Kristal Pelas”a qayıdacaq.
Cek Butland 2012-2018-ci illərdə İngiltərə millisində çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin