Milli komandanın üzvünə göz dikiblər

“Mançester Yunayted” “Leyptsiq”in futbolçusu Dani Olmonu transfer etməyi düşünür.

Komanda.az “Bild” nəşrinə istinadən xəbər verir ki, 24 yaşlı futbolçunun özü də növbəti mövsümdə UEFA Çempionlar Liqasında çıxış etmək istəyir.

İspaniya millisinin üzvü 2020-ci ilin yanvarından Almaniya klubunda çıxış edir. Onun klubla müqaviləsi 2024-cü yayında başa çatacaq.

Cari mövsümdə o, Bundesliqa təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla 23 oyun keçirib, 4 qol vurub və 6 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button