“Mançester Yunayted” türk futbolçu ilə danışıq aparır

“Milan”ın futbolçusu Hakan Çalhanoğlu karyerasını İngiltərədə davam etdirməyə yaxındır.

Komanda.az “Bild”ə istinadən xəbər verir ki, “Mançester Yunayted” 26 yaşlı futbolçunu heyətinə qatmaq niyyətindədir. “Qırmızı şeytanlar” “Milan”la müqaviləsi cari mövsümün sonunda başa çatacaq türkiyəli futbolçunu azad agent kimi heyətinə qatmaq istəyindədir. Klubun Hakanla danışıqlar apardığı bildirilir. Tərəflər razılığa gəlsə, futbolçu mövsümün sonunda azad agent olaraq Premyer Liqaya yollanacaq.

“Milan” Çalhanoğluya yeni müqavilə təklif etsə də, tərəflər razılığa gələ bilməyiblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button