MY onu buraxmaq istəmir

“Mançester Yunayted”lə müqaviləsi cari mövsümün sonunda başa çatacaq Nemanya Matiç komandada qala bilər.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 31 yaşlı futbolçu daha bir il “qırmızı şeytanlar”da qala bilər. Futbolçunun müqaviləsində sözləşməni daha bir illik uzatmaqla bağlı maddə var. Mançester klubu bu maddədən istifadə edərək, növbəti mövsüm də yarımmüdafiəçinin xidmətindən yararlanmaq niyyətindədir.

Artıq tərəflər arasında danışıqların başladığı bildirilir.

2017-ci ildə “Çelsi”dən “Mançester Yunayted”ə qatılan Matiç, 22 oyunda forma geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button