
“Mançester Yunayted”dən ayrıldı – MLS-ə gedir
“Mançester Yunayted” məşqçisi Erik Remzi ilə yollarını ayırıb.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər əməkdaşlığa qarşılıqlı razılaşma əsasında xitam veriblər. Remzi karyerasını MLS-də davam etdirəcək. O, “Minnesota Yunayted”ə rəhbərlik edəcək.
32 yaşlı mütəxəssis 2021-ci ildən “Mançester Yunayted”də işləyirdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin