
MY mərakeşli futbolçu ilə müqaviləni razılaşdırıb
“Mançester Yunayted” əvvəllər “Ayaks”da Erik ten Haqın rəhbərliyi altında çıxış etmiş “Bayern”in müdafiəçisi Nussair Mazrauinin transferinə yaxınlaşır.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, İngiltərə klubu Aron Van-Bissakanı “Vest Hem”ə satan kimi Erik ten Haqın komandası ilə şəxsi müqavilənin şərtlərini razılaşdıran mərakeşli futbolçu üçün sözləşməni sürətləndirəcəklər.
Mazraui ötən mövsüm Bundesliqada 19 oyuna çıxıb və 3 məhsuldar ötürmə edib. 26 yaşlı müdafiəçi “Ayaks”dan transfer olunduqdan sonra Almaniyada iki mövsüm keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin