MY mərakeşli futbolçunu geri qaytara bilər
“Mançester Yunayted” tezliklə “Fiorentina”dan yarımmüdafiəçi Sofyan Amrabatı yenidən komandaya dəvət edə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, mərakeşli futbolçu hazırda “qırmızı şeytanlar”a qayıtmağa açıqdır. “Mançester Yunayted” onu icarə əsasında dəvət edib-etməmək barədə hələ qərar verməyib.
27 yaşlı futbolçu ötən mövsüm Mançester klubunun heyətində icarə əsasında çıxış edib.
Amrabat “Qalatasaray”ın da maraq dairəsindədir.
Hazırda onun “Fiorentina” ilə müqaviləsinin bitməsinə bir il qalıb. İtalyanlar bu transfer pəncərəsində Amrabatla ayrılmağa hazırdır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin