
MY 20 milyon avroluq təklifi rədd edib
“Fulhem” “Mançester Yunayted”in yarımmüdafiəçisi Skott Maktomineyi transfer etmək istəyir.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, klub “qırmızı şeytanlar”a 20 milyon avro təklif etsə də, rədd cavabı alıb. Bu imtinadan sonra London klubu daha təsirli bir məbləğ təklif etməyi planlaşdırır.
Maktominey 2017-ci ilin yayından “Mançester Yunayted”də çıxış edir. Tərəflər arasındakı hazırkı müqavilə 2025-ci ilin iyun ayının sonunda başa çatır.
Şotlandiyalı futbolçunun transfer dəyəri 32 milyon avro qiymətləndirilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin