MY “Latsio”nun təklifini rədd edib

“Mançester Yunayted” ötən mövsüm “Xetafe”də icarə əsasında çıxış edən hücumçusu Meyson Qrinvud üçün “Latsio”nun ilk təklifini rədd edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya klubu 22 yaşlı ingiltərəli futbolçunun transferi ilə bağlı fəal danışıqlar aparır.

“Latsio” “Mançester Yunayted”ə 20 milyon avro və futbolçunun növbəti satışından əldə olunacaq gəlirin 50 faizini təklif edib.

Qrinvud ötən mövsüm bütün turnirlərdə 36 matçda iştirak edib, 10 qol vurub və 6 məhsuldar ötürmə verib. Futbolçunun MY ilə hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button