MY Keynin transferindən vaz keçib

“Mançester Yunayted” artıq İngiltərə milli komandasının və “Tottenhem”in forvardı Harri Keynlə maraqlanmır.

Komanda.az “The Guardian”-a istinadən xəbər verir ki, “qırmızı şeytanlar” Keynin keçidi üçün mübarizə aparmaq fikrində deyil. Buna səbəb hücumçunun transfer qiymətinin çox yüksək olmasıdır.

Keyn 2022/23 mövsümündə London klubunun heyətində bütün turnirlər daxil olmaqla 49 oyuna çıxıb, 32 qol vurub və 5 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button