MY kamerunlu qapıçının agenti ilə görüşüb

“Mançester Yunayted” “İnter”in qapıçısı Andre Onananı transfer etmək üçün danışıqlar aparır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə klubunun nümayəndələri dünən qolkiperin agenti Alberto Botineslə görüşüb.

“İnter” futbolçusunu bonuslar da daxil olmaqla 50 milyon avrodan aşağı qiymətə satmaq fikrində deyil.

“Qırmızı şeytanlar” Onananı ispaniyalı qapıçı David de Xeanın əvəzləyicisi kimi nəzərdən keçirir.

Kamerunlu qolkiper 2022-ci ilin iyulundan “neradzurra”nın heyətində çıxış edir. O, 2022/23 mövsümündə 41 oyuna çıxıb, 36 qol buraxıb və 19 dəfə qapısını toxunulmaz saxlayıb.

Onananın “İnter”lə hazırkı müqaviləsi 2027-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button