
“Mançester Yunayted” kamerunlu futbolçu üçün ilk addımı atıb
“Mançester Yunayted” “Brentford”un futbolçusu Brayan Mbeumoya görə ilk rəsmi addımını atıb.
Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” futbolçu üçün 45 milyon və əlavə 10 milyon bonus olmaqla ümumilikdə 55 milyon funt sterlinq təklif edib.
“Brentford”un kamerunlu futbolçunu daha yüksək məbləğə satmağa razı ola biləcəyi bildirilir. Tərəflər arasında danışıqlar davam edir.
25 yaşlı cinah oyunçusu “Arsenal”, “Nyukasl” və “Tottenhem”in də marağına baxmayaraq, seçimində “Mançester Yunayted”i üstün tutub. O, son Premyer Liqa mövsümündə 38 oyuna çıxaraq, 20 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



