MY fransalı futbolçu üçün 80 milyon avro ayırmağa hazırdır

“Real”ın yarımmüdafiəçisi Eduardo Kamavinqa “Mançester Yunayted”ə keçə bilər.

Komanda.az “Fichajes”-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” Kamavinqanı transfer etmək üçün təxminən 80 milyon avro ayırmağa hazırdır.

Komandanın baş məşqçisi Ruben Amorim fransalı oyunçunun transferinə razılıq verib.

22 yaşlı futbolçu “Real”a 2021-ci ildə qoşulub. Onun Madrid klubu ilə müqaviləsinin müddəti 2028/29 mövsümünün sonuna qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button