MY ingiltərəli üçün 63,5 milyon avro ödəməyə hazırdır

“Çelsi”nin yarımmüdafiəçisi Meyson Maunt “Mançester Yunayted”ə keçməyə yaxındır.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, ingiltərəli yarımmüdafiəçi “Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq üçün prioritet transfer hədəfidir.

Məlumatda bildirilir ki, “qırmızı şeytanlar” futbolçu üçün 55 milyon funt-sterlinq (63,5 milyon avro) ödəməyə hazırdır.

Maunt “Çelsi”nin məzunudur. O, 2022/23 mövsümündə komandanın heyətində bütün yarışlarda 35 matçda 3 qol vurub və 6 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button