Ardıcıl 7-ci dəfə sevindilər

“Mançester Yunayted” İngiltərə kubokunun 1/32 finalında “Everton”u məbluğ edib (3:1).

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bununla da, “qırmızı şeytanlar” bütün turnirlər daxil olmaqla, ardıcıl 7-ci qələbəsini qazanıb.

12 dəfə İngiltərə kubokunun sahibi olan “Mançester Yunayted” sonuncu dəfə 2016-cı ildə bu turniri qazanıb.

Mançester təmsilçisi İngiltərə Liqa kubokunun 1/4 finalında “Çarlton”la qarşılaşacaq. Premyer Liqanın 20-ci turunda isə “qırmızı şeytanlar”ın rəqibi “Mançester Siti” olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button