
MY ilə matça final oyunu kimi baxırlarmış
“Sevilya”nın hücumçusu Erik Lamela UEFA Avropa Liqasının 1/4 finalının “Mançester Yunayted”lə cavab oyununu (3:0) dəyərləndirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, matçdan öncə komanda yoldaşları ilə birgə danışdıqları fikirləri diqqətə çatdırıb:
“Mançester Yunayted” ilə oyuna final matçı kimi yanaşırdıq. Qarşılaşmadan öncə danışanda deyirdik ki, doğma azarkeşlərimizin önündə özümüzü biabır edə bilmərik”.
İki oyunun nəticəsinə əsasən, La Liqa klubu “qırmızı şeytanlar”ı 5:2 hesabı ilə məğlub edib və növbəti mərhələyə vəsiqə qazanıb.
Yarımfinalda onların rəqibi İtaliya “Yuventus”u olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin