“Mançester Yunayted” Hendersonla bağlı qərarını verdi
“Mançester Yunayted” icarə əsasında “Şeffild Yunayted”də çıxış edən Din Hendersonla bağlı qərarını verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “qırmızı şeytanlar” 23 yaşlı qapıçının mövsümü “Şeffild Yunayted”də bitirməsinə icazə verəcək. Futbolçunun icarə müqaviləsi iyunun sonunda başa çatır, lakin koronavirus səbəbiylə həmin vaxtadək çempionat tamamlanmayacağı üçün sözləşmə ilə bağlı problem yaranıb. MY mövsüm başa çatana qədər Hendersonun müqaviləsinin uzadılmasına razılıq verib.
Keçən ilin yayında icarə əsasında “Şeffild Yunayted”ə keçən qolkiper cari mövsümdə 30 oyunda meydana çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin