MY futbolçusunu İspaniya klubuna satdı

“Espanyol” “Mançester Yunayted”in müdafiəçisi Mark Xuradonu heyətinə qatıb.

Komanda.az “Espanyol”un rəsmi saytına istinadən xəbər verir ki, 19 yaşlı ispaniyalı futbolçu ilə müqavilə 2028-ci ilin yayına kimi nəzərdə tutulub.

Xurado 2020-ci ildən “Mançester Yunayted”in gənclərdən ibarət komandalarında çıxış edirdi. O, bütün yarışlarda 86 oyun keçirib, 4 qol vurub və 11 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button