
MY onu satmaq istəyir – Transfer pəncərəsi tam bağlanmamış
“Mançester Yunayted” yarımmüdafiəçisi Donni van de Beki bütün Avropa ölkələrində transfer pəncərəsi bağlanmamış satmaq istəyir.
Komanda.az ESPN-ə istinadən xəbər verir ki, niderlandlı futbolçu ilə Türkiyənin “Fənərbaxça” və “Qalatasaray” klubları maraqlanır. Türkiyədə transfer pəncərəsi sentyabrın 15-də bağlanır.
Van de Bek bu ilin yanvarında dizindən zədə alıb və 2022/2023 mövsümünün sonuna kimi meydana çıxa bilməyib. Onun “qırmızı şeytanlar”la müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin