
MY 70 milyon avro hazırlayıb – Fransalı hücumçu üçün
“Mançester Yunayted” növbəti təqvim ilində heyətini fransalı futbolçu ilə gücləndirmək niyyətindədir.
Komanda.az “TodoFichajes”-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” PSJ-nin 25 yaşlı hücumçusu Randal Kolo-Muani üçün 70 milyon avro hazırlayıb.
Kolo-Muani 2024/25 mövsümündə Fransa çempionatında və UEFA Çempionlar Liqasında 9 oyun keçirib, 2 qol vurub.
“Mançester Yunayted” yeni mövsümə heç də yaxşı başlamayıb. Komanda hazırda Premyer Liqanın turnir cədvəlində 14-cü yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin