“Mançester Yunayted” Fransa klubunun hücumçusu ilə anlaşıb

Fransanın “Havr” klubunun hücumçusu Enzo Kana-Biyik karyerasını İngiltərədə davam etdirəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 18 yaşlı futbolçunun yeni klubu “Mançester Yunayted” olacaq.

“Qırmızı şeytanlar” Enzo ilə müddəti 2030-cu ilə qədər olan müqavilə imzalayacaq. Sözləşmədə əlavə bir il uzadılma şərti də yer alacaq.

“Mançester Yunayted” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 14-cü pillədə qərarlaşıb. Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyununda “Atletik”ə səfərdə 3:0 hesabı ilə qalib gələn “qırmızı şeytanlar” finala yaxınlaşır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button