
Eriksenlə bağlı qərar verilib
“Mançester Yunayted” yarımmüdafiəçisi Kristian Eriksenlə müqaviləni yeniləməyəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın rəhbərliyi 33 yaşlı futbolçunu komandada saxlamaq fikrində deyil və o, yayda azad agentə çevriləcək.
Danimarkalı oyunçunun klubla hazırkı müqaviləsi bu il iyunun 30-da başa çatacaq.
Eriksen bu mövsüm bütün klub yarışlarında 21 oyun keçirib, 4 qol vurub və 4 məhsuldar ötürmə edib. O, AÇ-2020 zamanı meydanda infarkt keçirsə də, həkimlər əməliyyatdan sonra karyerasını davam etdirməsinə icazə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin