MY-dən “Monako”ya 40 milyon avroluq təklif

“Mançester Yunayted” komandadan ayrılması gözlənilən Pol Poqbanın əvəzləyicisini Fransada tapıb.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “qırmızı şeytanlar” müqavilə ilə “Monako”ya məxsus olan, mövsümü icarə əsasında “Lester”də keçirən Yuri Tilemansı heyətinə qatmaq niyyətindədir. Mançester təmsilçisinin belçikalı futbolçu üçün “knyazlıq klubu” ilə danışıqlara başlayacağı və 40 milyon avro təklif edəcəyi deyilir.

Bundan başqa, “Lester” də komandada saxlamaq istədiyi futbolçu üçün “Monako”ya 40 milyon avroluq təklif göndərməyə hazırlaşır.

22 yaşlı futbolçu bu ilin yanvar ayından çıxış etdiyi “Lester”in heyətində keçirdiyi 13 oyunda 3 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button