MY-də yeni hücumçu – Rəsmi
İngiltərənin “Mançester Yunayted” klubu yeni hücumçu ilə güclənib.
Komanda.az xəbər verir ki, “qırmızı şeytanlar” Çinin “Şanxay Şenxua” klubundan Odion İqalonu icarəyə götürüb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
30 yaşlı futbolçu cari mövsümün sonunadək “Mançester Yunayted”in formasını geyinəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin