De Xea ilə danışıqlar başlayıb

“Mançester Yunayted” qapıçısı David de Xea ilə sözləşməni uzatmaq üçün danışıqlar aparır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı qolkiper də “qırmızı şeytanlar”da qalmaq istəyir.

De Xea 2011-ci ildən Mançester təmsilçisinin formasını geyinir. Onun klubla müqaviləsi 2023-cü ilin yayına qədər nəzərdə tutulub.

O, cari mövsümdə “Mançester Yunayted”in heyətində bütün turnirlər daxil olmaqla 37 oyuna çıxıb, 37 qol buraxıb və 16 matçda qapısını toxunulmaz saxlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button