“Bu, nağıldır” – Reşford
“Mançester Yunayted”in hücumçusu Markus Reşford İngiltərə Liqa kubokunun “Nyukasl”la final oyununu (2:0) dəyərləndirib.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, o, həlledici matçda qazandıqları qələbəni nağıl adlandırıb:
“Bu, nağıldır. Bizdə çatışmayan yeganə məqam kubok idi. Finala qədər gəlməyimiz və çempion olmağımız heyrətamiz duyğudur. Ümid edirəm ki, eyni ruhda davam edəcəyik”.
İngiltərəli futbolçu komanda yoldaşı Kazemiro barədə də danışıb:
“Kazemiro komanda üçün önəmli oyunçudur. Onun təcrübəsi bizim üçün vacibdir. O, meydanda olanda arxa xəttin təhlükəsiz olduğunu hiss edirsən”.
Xatırladaq ki, bu, “qırmızı şeytanlar”ın 2017-ci ildən bəri qazandığı ilk kubokdur. Eyni zamanda, Mançester təmsilçisi tarixində 6-cı dəfə İngiltərə Liqa kubokuna sahib olub.
Bizi Facebook-da izləyin