
MY dünya çempionu üçün danışıqlara başlayacaq
“Mançester Yunayted” qapıçı axtarışlarını davam etdirir və bu dəfə “Aston Villa”nın qolkiperi Emiliano Martinesi transfer hədəfinə çevirib.
Argentinalı dünya çempionunun özü də “qırmızı şeytanlar”ın heyətində çıxış etməkdə maraqlıdır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Mançester Yunayted” artıq 32 yaşlı qapıçı üçün “Aston Villa” ilə danışıqlar aparmağı planlaşdırır. Görüşlərin yaxın günlərdə baş tutacağı gözlənilir.
Martinesin İngiltərə klubuyla müqaviləsinin müddəti 2029-cu ilin ortalarına kimidir. Onun bazar dəyəri “transfermarkt”-a əsasən 20 milyon avrodur.
“Aston Villa” 2024/25 mövsümündə Premyer Liqanın turnir cədvəlini 6-cı, “Mançester Yunayted” isə 15-ci pillədə tamamlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



