Yalnız yanvar ayında – 120 milyon avroya
“Mançester Yunayted” argentinalı yarımmüdafiəçi Enzo Fernandesi transfer etmək üçün “Benfika”ya 120 milyon avro ödəməyə hazırdır.
Komanda.az “DaveOCKOP”-a istinadən xəbər verir ki, Portuqaliya klubu cənubi amerikalı futbolçunu 120 milyon avrodan aşağı qiymətə satmaq niyyətində deyil.
“Benfika” onu yalnız yanvar ayında, 120 milyon avroya sata bilər. Hazırda Fernandes üçün 120 milyon avro ödəmək iqtidarında olan yeganə klub “Mançester Yunayted”dir”.
Enzo Fernandes DÇ-2022-nin ən yaxşı gənc futbolçusu seçilib. O, dünya çempionatında 7 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin