“Mançester Yunayted”in vidalaşmaq istədiyi 4 futbolçunun adı məlum olub

“Mançester Yunayted” yay transfer dönəmində heyətdə böyük dəyişikliklər etməyi planlaşdırır.

Komanda.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

“Qırmızı şeytanlar”dan ayrılması nəzərdə tutulan dörd futbolçunun adı artıq siyahıya daxil edilib. Klubu yaxın vaxtlarda Antoni, Alexandro Qarnaço, Markus Reşford və Kazemiro tərk edə bilər.

“Mançester Yunayted” bu futbolçuları sataraq, əldə olunacaq gəlirlə yeni oyunçular transfer etməyi planlaşdırır. Komanda bu mövsüm İngiltərə Premyer Liqasında uğursuz çıxış edir və Ruben Amorimin yetirmələri hazırda turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button