
İngiltərə klubu Donnarumma üçün danışıqlara başlayacaq
“Mançester Yunayted” Canluici Donnarummanı komandanı gücləndirmək üçün namizədlər siyahısına daxil edib.
Komanda.az xəbər verir ki, bu barədə “Caught Offside” məlumat yayıb.
İtaliyalı qolkiper hazırkı qapıçı Andre Onanaya əvəzedici kimi alına bilər. “Mançester Yunayted” və PSJ arasında rəsmi danışıqlar yaxın vaxtlarda başlaya bilər.
Daha əvvəl məlum olmuşdu ki, Donnarumma və Paris klubunun rəhbərliyi arasında müqavilənin müddətinin uzadılması ilə bağlı dialoq dalana dirənib. PSJ onun maliyyə tələblərini ödəyə bilmir. Klubun italiyalı oyunçu ilə müqaviləsinin müddəti gələn ilin yayında başa çatacaq.
25 yaşlı qapıçı son mövsümdə bütün turnirlərdə 47 oyun keçirib, 17 matçda qapısını toxunulmaz saxlaya bilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin