Delapın “Mançester Yunayted”ə keçidi baş tutmaya bilər

“Mançester Yunayted” hazırda “İpsviç”in hücumçusu Liam Delapın transferi uğrunda mübarizədə lider mövqedədir.

Komanda.az xəbər verir ki, bu barədə ESPN nəşri məlumat yayıb.

Ancaq Avropa Liqasının finalında mümkün məğlubiyyət “qırmızı şeytanlar”ın mövqeyini ciddi şəkildə zəiflədə bilər. Belə olan halda, komanda növbəti mövsüm avrokuboklarda iştirak etməyəcək və bu da Delapın keçidi baxımından “Çelsi”ni favoritə çevirə bilər.

22 yaşlı hücumçu bu mövsüm bütün turnirlərdə 39 oyuna çıxıb, 12 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button