
MY danimarkalı hücumçuya qiymət qoyub
“Mançester Yunayted”in hücumçusu Rasmus Hoylundu hansı məbləğə satmağa hazır olduğu məlum olub.
Komanda.az “tutto mercato web”-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın rəhbərliyi danımarkalı futbolçu üçün ən azı 60 milyon avroluq təklifləri nəzərdən keçirəcək.
Daha əvvəl “Yuventus”un 22 yaşlı forvardın xidmətində maraqlı olduğu bildirilirdi.
Hoylund bu mövsüm bütün turnirlərdə 42 matçda meydana çıxıb, 8 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun “Mançester Yunayted”lə hazırkı müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin