Eriksenə özünə yeni klub tapmaq tapşırılıb
“Mançester Yunayted” transfer pəncərəsi bitməmiş yarımmüdafiəçisi Kristian Eriksenlə ayrılmağa hazırdır.
Komanda.az “Football Insider”-ə istinadən xəbər verir ki “qırmızı şeytanlar”ın rəhbərliyi danimarkalı futbolçuya yeni komanda axtarmasını bildirib.
Eriksen 2022-ci ilin yayında onu komandaya dəvət edən baş məşqçi Erik ten Haqın planlarına daxil deyil. “Mançester Yunayted” futbolçunu ucuz qiymətə buraxmağa hazırdır, çünki klub onunla azad agent kimi müqavilə imzalamışdı.
32 yaşlı futbolçu ötən mövsüm İngiltərə Premyer Liqasında 22 matçda meydana çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin