MY danimarkalı futbolçu üçün yeni təklif göndərəcək

“Mançester Yunayted” “Leççe”nin müdafiəçisi Patrik Dorqu üçün 30 milyon avrodan çox təklif edəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın ilkin şərtləri rədd edildikdən sonra yeni təklif tezliklə göndəriləcək.

Dorqunun bu mövqe üçün “Mançester Yunayted”in əsas hədəfi olduğu deyilir.

Danimarkalı futbolçu bu mövsüm bütün turnirlərdə 22 oyun keçirib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun hazırkı klubu ilə müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button