“Mançester Yunayted” danimarkalı futbolçu ilə maraqlanır

“Sportinq”in kapitanı Morten Yulmann komandasını dəyişə bilər.

Komanda.az “Football transfers”-ə istinadən xəbər verir ki, 25 yaşlı futbolçu onu PSJ-də qalacaq və “qırmızı şeytanlar”a qoşulmayacaq Manuel Uqarteyə alternativ görən “Mançester Yunayted”in maraq dairəsinə düşüb.

Danimarkalı futbolçu ötən mövsüm “Sportinq”in heyətində 49 dəfə meydana çıxıb, 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun transfer dəyəri 40 milyon avro qiymətləndirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button