
“Mançester Yunayted”in 130 milyon avroluq “iştah”ı
“Çelsi”nin əsas futbolçularından olan Koul Palmer Premyer Liqanın başqa klubuna keçə bilər.
Komanda az “Teamtalk”-a istinadən xəbər verir ki, “Mançester Yunayted” 21 yaşlı yarımmüdafiəçini transfer etmək istəyir.
İngiltərəli oyunçunun “Çelsi” ilə müqaviləsinin müddəti 2033-cü ilin yayına qədər qüvvədədir və onun bazar dəyəri təxminən 130 milyon avro qiymətləndirilir. O, cari mövsümdə londonluların heyətində 40 oyuna çıxaraq, 14 qol vurub və 9 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin