MY “Qalatasaray”a 25 milyon avroluq təklif göndərəcək

“Mançester Yunayted” “Qalatasaray”ın müdafiəçisi Saşa Boeni transfer etmək istəyir.

Komanda.az “Mirror” nəşrinə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” fransalı sağ cinah müdafiəçisi üçün İstanbul klubuna 25 milyon avroluq təklif göndərəcək.

“Qalatasaray” 23 yaşlı futbolçunu 2021-ci ilin yayında “Renn”dən transfer edib. Boe cari mövsümdə “sarı-qırmızılar”ın heyətində meydana çıxdığı 24 matçda 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button