
“Mançester Yunayted”də yeni müqavilə – rəsmi
İngiltərənin “Mançester Yunayted” klubu yarımmüdafiəçisi Skott Maktomineylə yeni müqavilə imzalayıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Tərəflər arasında imzalanmış yeni müqavilə 2025-ci ilin iyununadək nəzərdə tutulub. Müqaviləyə sözləşməni daha bir il uzatmaq bəndi də əlavə edilib.
“Mançester Yunayted”in yetirməsi olan 23 yaşlı futbolçu, əsas komandada 2017-ci ildə debüt edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin