“Mançester Yunayted”də Reşford narahatlığı
“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq hücumçu Markus Reşford haqda danışıb.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, o, ingiltərəli forvardın xəstələndiyini dilə gətirib:
“Reşford 37-ci turun “Bornmut”la matçı üçün həftə ərzində yaxşı məşq etdi. Lakin dünən (cümə günü) xəstələndiyini söylədi. Onun səhhətinin necə olacağını bu gün biləcəyik”.
Reşford ölkə çempionatının 36-cı turunun “Vulverhempton”la matçında (2:0) iştirak etməmişdi.
25 yaşlı futbolçu cari mövsümdə “qırmızı şeytanlar”ın heyətində bütün turnirlər daxil olmaqla 53 oyuna çıxıb, 29 qol vurub və 11 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin