MY 50 milyon avroya futbolçu transfer etmək istəyir

“Mançester Yunayted” qışda müdafiəçi Federiko Dimarko üçün “İnter”ə təklif göndərməyi düşünür.

Komanda.az “Calciomercato”-ya istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın sol cinah müdafiəçiləri Luk Şou və Tyrell Malaziya uzunmüddətli zədələr səbəbindən sıradan çıxdığından, baş məşqçi Erik ten Haq komandanın müdafiəsini gücləndirmək istəyir.

25 yaşlı futbolçu ilə PSJ-nin də maraqlandığı bildirilir.

“İnter” Dimarkoya maaşını ikiqat artırmağa imkan verən yeni, uzunmüddətli müqavilə təklif etməyi düşünür. Mançester təmsilçisinin italiyalı futbolçu üçün 50 milyon avroluq təklif göndərəcəyi bildirilir.

Dimarko bu mövsüm “İnter”in heyətində bütün turnirlərdə 9 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button